Hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyəti haqqında məlumat verilib.

İqtisadiyyat.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən əldə etdiyi məlumatda, 18 istiqamət üzrə yollardakı mövcud vəziyyət açıqlanıb.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi: Hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara qum-duz qarışımı səpilərək nəqliyyatın hərəkəti təmin olunur.

Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir.

Giləzi - Xızı yolu: Marşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılıb, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Bakı - Qobustan istiqaməti: Yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir. Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlib, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Qobustan - Şamaxı - Muğanlı istiqaməti: Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax yolu: Yolun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul istiqaməti: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax istiqaməti: Yolun Hacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonundan keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi: Yolun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı yolu: Qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 santimetr arasında dəyişir. Gün ərzində yol qardan təmizlənib, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki istiqaməti: Qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 santimetr arasında dəyişir. Gün ərzində yol qardan təmizlənib, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi: Zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) istiqaməti: Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq istiqaməti: Marşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir - Gədəbəy yolu: Marşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi: Yolun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı - Yardımlı istiqaməti: Qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Lənkəran - Lerik yolu: Qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Hacıqabul - Bəhramtəpə - Horadiz istiqaməti: Yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.