Manisada böyrək çatışmazlığı olduğu üçün orqan nəqli gözləyən 23 yaşlı Elif İşlək, 10 gün əvvəl bağırsaqlarından rahatsız olaraq qaldırıldıqları xəstəxanada həyatını itirib. İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, gənc qıza lazım olan böyrək isə təsadüfdən həyatını itirdiyi günün gecəsi tapılıb.

Təxminən 17 ildir böyrək çatışmazlığı səbəbilə evdə dializ müalicəsi alan Elif İşlək, 10 gün əvvəl bağırsaqlarından rahatsızlanaraq Manisa şəhər xəstəxanasına yatırılıb. Reanimasiyada həkimlərin əlindən gələni etdiklərinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Dünən günorta namazından sonra Manisa Mərkəzi Məscidinin axundu, qəsəbə bələdiyyə başçısı və digər səlahiyyətli şəxslərin iştirakı ilə mərhumun cənazə namazı qılınıb.

Digər tərəfdən isə mərhuma lazım olan və 17 ildir axtarılan böyrəyin məhz həyata gözlərini əbədi yumduğu günün gecəsi tapıldığı ortaya çıxıb. Acılarının böyük olduğunu deyən atası Alim İşlək, dünən Egey Universitetinin Xəstəxanası tərəfindən axtarıldığını və qızı üçün uyğun orqan tapıldığını bildirib.