Avropa İttifaqının (Aİ) diplomatiyasının rəhbəri Xosep Borell 12-ci anti-Rusiya sanksiyalar paketinin 2023-cü il dekabrın 11-də keçiriləcək icmaya üzv 27 ölkənin xarici işlər nazirlərinin son iclasında təsdiqlənəcəyini gözləyir. 

İqtisadiyat.az xəbər verir ki, o, bu barədə Brüsseldə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Hazırda 12-ci sanksiya paketi yekunlaşmaq üzrədir. Aİ ölkələrinin daimi nümayəndələri detalları müzakirə edirlər. Ümid edirəm ki, paket tezliklə təsdiqlənəcək və biz onu dekabrda təsdiq etmək üçün Aİ Şurasının iclasına təqdim edə biləcəyik", - Borell qeyd edib.

Avropa Komissiyasının hazırladığı Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 12-ci paketi keçən həftə Aİ ölkələrinin təsdiqinə təqdim edilib. Brüssel paketin ilin sonuna qədər qüvvəyə minməyini gözləyir.