"Rusiya hesab edir ki, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq qətnaməsinin müddəalarının həyata keçirilməsi variantlarından biri BMT-nin Atəşkəsə Nəzarət Orqanının (UNTSO) rolunun genişləndirilməsi ola bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında deyib: "Biz gözləyirik ki, BMT-nin Baş katibi 2712 saylı qətnamədə nəzərdə tutulduğu kimi, onun icrasına nəzarət mexanizminin təşkili üçün konkret variantlara dair təkliflər təqdim edəcək. Variantlardan biri BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə atəşkəs şərtlərinin yerinə yetirilməsinə nəzarət üçün mandatının genişləndirilməsi ola bilər. Bu missiyanın iki yüzdən çox hərbi müşahidəçisi var, onların sayı artırıla bilər. Baş Katibdən bu variant üzərində işləməyi və ya alternativ təklif etməyi tələb edirik".

UNTSO, 29 may 1948-ci il tarixli 50 saylı BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq Fələstində atəşkəs razılaşmalarını həyata keçirmək üçün yaradılmış ilk BMT sülhməramlı missiyasıdır. Bu qurumun hərbi müşahidəçiləri Livanın cənubunda və Qolan yüksəkliklərində, Beyrut, Dəməşq və Qüdsdə fəaliyyət göstərirlər.