"Fələstin-İsrail münaqişəsi zonasında humanitar fasilənin uzadılması ümid işığıdır və BMT-yə Qəzza zolağına yardımın həcmini artırmağa kömək edə bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri dünya təşkilatının baş katibi Antonio Quterreş deyib.

"Bu, müharibənin qaranlığında ümid və bəşəriyyətin parıltısıdır. Mən çox ümid edirəm ki, bu, bizə böyük əzablarla üzləşən Qəzza xalqına çatdırılan humanitar yardımın həcmini daha da artırmağa imkan verəcək", - o, jurnalistlərə deyib.

Quterreş həmçinin ümid etdiyini bildirib ki, İsrail Kerem Şalom keçidinin açılmasına razılıq verəcək, çünki bu, təkcə Fələstin anklavına humanitar yardımın çatdırılması və paylanmasını sadələşdirməyəcək, həm də İsrailə bu cür təchizatları yoxlamaq imkanı verəcək.