"HƏMAS ilə atəşkəs girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və razılaşmanın şərtlərinə uyğun olaraq davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

HƏMAS qruplaşması Qəzza zolağında İsraillə atəşkəsin daha bir gün uzadıldığını təsdiqləyib.

Qeyd edək ki, noyabrın 24-də İsraillə HƏMAS qruplaşması arasında dörd günlük atəşkəs əldə edilib. Atəşkəs başa çatdıqdan sonra daha iki gün uzadılıb.

 

Gözəl Həşimova