"İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə və bununla bağlı dünyada baş verən siyasi hadisələr Şərqlə Qərb arasındakı uçurumu üzə çıxarıb". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Doha Forumunda çıxışı zamanı deyib.

"Bu böhran Şərqlə Qərb, həmçinin müxtəlif nəsillər arasında böyük uçurumu üzə çıxarıb, həmçinin beynəlxalq ictimaiyyətin ikili standartlarını nümayiş etdirib", - baş nazir bildirib. 

Hökumət başçısının sözlərinə görə, Fələstin-İsrail münaqişəsi zonasında baş verənlər "güclülərin hökmranlığına" əsaslanan mövcud beynəlxalq münasibətlər sisteminə yenidən baxılmasının zəruriliyini sübut edib: "Biz münaqişənin davam etməsinə imkan verən qlobal sistemin qeyri-kamilliyini qəbul etməliyik".