Qazaxıstanın iri yataqlarında neft hasilatı Xəzər Boru Kəməri Konsorsiumunda neftin qəbuluna qoyulan məhdudiyyətlər səbəbindən 56% azalıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika nazirinin müşaviri Şinqis İlyasov məlumat verib.

"Hazırda ölkənin iri yataqlarında hasilatın azalması 56% təşkil edir. Qazaxıstan Respublikasının Energetika Nazirliyində vəziyyətin nə vaxta qədər normallaşa biləcəyi ilə bağlı məlumat yoxdur. Yaxın gələcəkdə azalma və hasilatın tənzimlənməsi indiki səviyyədə qalacaq”,- deyə o, bildirib.