Qazaxıstan parlamenti plenar iclasda qlobal istiləşmə ilə mübarizədə əməkdaşlığa dair Fransa ilə xüsusi sazişin ratifikasiyası haqqında qanunu qəbul edib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, tərəflər ümumi gücü 1 giqabayt olan hibrid elektrik stansiyasının tikintisi və istismarı layihəsini həyata keçirməyi planlaşdırırlar.

Müqavilə çərçivəsində ölkələr ekoloji təmiz texnologiyalara keçid layihələrini təşviq etməyi planlaşdırırlar.

Müqavilə 2022-ci ilin noyabrında Parisdə bağlanıb. Xüsusi sazişin əsas məqsədi bərpa olunan enerji mənbələri sahəsində iri layihələrin təşviqi, inkişafı və həyata keçirilməsi, Qazaxıstan ərazisində qlobal istiləşmə ilə mübarizədə əməkdaşlıq etməkdir.

 

Gözəl Həşimova