Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın  24-ü səhər saatlarına olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi şərq rayonlarında yağış yağıb.

Xidmətdən İqtisadiyyat.az-a verilən xəbərə görə, Quba, Qusar, Şəki, Xaçmaz, Şabran, Şahdağ, Xaltanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.