Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 5,2 maqnitudada zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Məlumata görə, saat yerli vaxtla 17:46-da Malatyanın Battalqazi rayonunda 5,2 maqnitudada zəlzələ baş verib.

Zəlzələ 6,99 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra episentri Battalqazi rayonu olan 4,7 maqnitudada ikinci zəlzələ olub.