Qalıq yanacaqlardan karbon emissiyalarının bu il ötən illə müqayisədə 1,1 % artacağı və 36,8 milyard tona çatacağı proqnozlaşdırılır. Bu da rekord səviyyə hesab olunur.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, 90 müxtəlif qurumdan 120 beynəlxalq alimdən ibarət komanda yeni araşdırmalarını dərc edib.

Araşdırmaya görə, karbon emissiyalarının bu il Hindistanda 8,2%, Çində 4% artacağı təxmin edilsə də, emissiyaların Avropa İttifaqında (Aİ) 7,4% və ABŞ-də 3% azalacağı gözlənilir.

Məlumata əsasən, bu il kömürdən karbon emissiyalarının 1,1%, neftdən karbon emissiyalarının 1,5%, qazdan emissiyaların isə 0,5% artacağı proqnozlaşdırılır.

Bildirilib ki, ötən il dünya üzrə ən çox karbon emissiyası buraxan ölkə 30,7%-lə Çin olub. Onu 13,6%-lə ABŞ izləyir.

 

Gözəl Həşimova