"İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında apardığı döyüş əməliyyatları zamanı keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun kiçik oğlu, hazırda İsrailin aşağı dərəcli hərbi kabinetində yer alan Qal Eyzenkot həlak olub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

"Herzliyadan olan ehtiyatdakı serjant Qal Meir Eyzenkot 25 yaşında Qəzza zolağının şimalında döyüş zamanı həlak olub. Onun ailəsi xəbərdar edilib. İsrail Müdafiə Qüvvələri ailəsinə başsağlığı verir", - məlumatda deyilir.

İsrailin baş naziri Benyamin Netanyahu Qadi Eyzenkota və həyat yoldaşı Hanaya başsağlığı verib, Qal Eyzenkotu "cəsur döyüşçü və əsl qəhrəman" adlandırıb. 

"İsrail hökuməti və İsrail vətəndaşları sizinlə birlikdə yas tutur. Qəhrəmanlarımız əbəs yerə həlak olmayıb. Biz qələbəyə qədər mübarizəmizi davam etdirəcəyik", - baş nazir əlavə edib.