İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan İran və Rusiya prezidentlərinin Moskvada keçirilən son görüşü və ikitərəfli əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə etmək məqsədilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Qeyd edilib ki, danışıq zamanı İran və Rusiyanın yüksək rütbəli rəsmiləri arasında məsləhətləşmələr və təmasların davam etdirilməsinin vacibliyini vurğulanıb.

Abdullahyan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsinə ABŞ tərəfindən veto qoyulmasından təəssüfləndiyini bildirib. O, bu hərəkəti Qəzza sakinlərinin soyqırımının davam etdirilməsinə icazə verilməsi kimi qiymətləndirib.