Hindistan yaxın 8 ildə 100 hərbi kosmik peyk buraxacaq.

Bu barədə İqtisadiyyat.az “The Times of India”ya istinadən xəbər verir.

Məlumata görə, ölkədə kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradılacaq.

Hindistan Hərbi Hava Qüvvələri kosmosdan həm hücum, həm də müdafiə məqsədləri üçün səmərəli istifadə etmək məqsədilə aktiv addımları nəzərdə tutan yeni layihəni hökumətə təqdim edib.

Bildirilib ki, Hərbi Hava Qüvvələri hökumətin təklifi tezliklə təsdiqləyəcəyini gözləyir.

 

Gözəl Həşimova