Mövsümə mütləq çempionluq devizi ilə başlayan və liderliyini davam etdirən “Fənərbağça” klubu yanvar ayını səbrsizliklə gözləyir.

Mövsümün əvvəlində etdiyi transferlərlə heyətinin keyfiyyətində böyük sıçrayış edən "Fənərbağça" ara transferlərdə də eyni düşüncə ilə hərəkət etmək fikrindədir.

İstanbul klubunun transferdə əsas hədəfi müdafiəçi və yarımmüdafiçi olsa da, sol cinahın gücləndirilməsinin də gündəmdə ola biləcəyi bildirilir.

İqtisadiyyat.az "Sabah"a istinadən xəbər verir ki, "Fənərbağça"nın sol cinah namizədi Quinsi Promesdir.

Bu mövsüm bütün turnirlərdə 19 matça çıxan 31 yaşlı hollandiyalı 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli cinah yarımmüdafiəçisinin Moskva “Spartak”ı ilə müqaviləsi mövsümün sonunda başa çatır.