"2024-cü ildə İrana səfər edəcəm". 

İqtisadiyyat.az xəbər verir ki, bunu yanvarın 8-də jurnalistlərlə görüşündə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

O, səfərin bu ilin ilk altı ayı ərzində baş verəcəyinə aydınlıq gətirib.

"İranla qarşılıqlı ticarət dövriyyəsinin həcminin 3 milyard dollara çatdırılması ilə bağlı müzakirələr aparılacaq. Bundan əlavə, biz Ermənistan məhsullarının İrana ixracının həcminin artırılması baxımından irəliləyiş əldə etmək niyyətindəyik", - nazir vurğulayıb.