Dünyanın ən böyük aysberqi olan "A23a" yaxın aylarda əriyib yox ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqatları İnstitutunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 4,2 min kvadratmetr sahəsi olan dünyanın ən böyük aysberqi "A23a" bu ay sürüşmə nəticəsində Cənub Okeanında üzür. Nəticədə yaxın aylarda aysberq əriyəcək.

Qeyd edək ki, 1986-cı ilin sentyabrında Filçner buzlaqından böyük bir buz kütləsi qopub. Aysberqdən ayrılan ərazidə üç nəhəng aysberq əmələ gəlib. Onlardan biri də "A23a" aysberqidir.

 

Gözəl Həşimova