Bolqarıstanda ötən ilin sonuna kimi əhalinin sayı 6 milyon 447 min nəfərə qədər azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Sosial Təminat Qurumunun (NOI) və Milli Statistika İnstitutunun (NSI) məlumatlarında qeyd olunub.

Məlumata görə, ölkə əhalisi qocalıb və azalıb. Bildirilib ki, belə davam edərsə, 2075-ci ildə əhalinin 4,9 milyon nəfərə enməsi gözlənilir.

Qeyd edək ki, Bolqarıstanın əhalisi 1989-cu ildə 8 milyon civarında olub. Ölkə 2007-ci ildə Avropa İttifaqına qəbul edildikdən sonra təxminən 2 milyon insan başqa ölkələrə mühacirət edib.

 

Gözəl Həşimova