Azərbaycanın Birləşmiş Ərəb Əmirliklər (BƏƏ) ilə ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 106,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Hesabat dövründə ölkədən BƏƏ-yə ixrac 54,8 milyon dollar təşkil edib. Azərbaycanın BƏƏ-dən idxalının dəyəri isə 51,7 milyon dollar olub.

 

Gözəl Həşimova