İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

İqtisadiyyat.az xəbər verir ki, ilk gündə 2 görüş baş tutub.

“Vulverhempton” “Börnli”ni məğlub yola salıb. “Luton Taun”un qonağı olan “Arsenal” da çətin qələbəyə sevinib.

İngiltərə Premyer Liqası

15-ci tur

5 dekabr

Vulverhempton – Börnli 1:0

Qol: Hvanq, 42.

Luton Taun – Arsenal 3:4

Qollar: Oşo, 25. Adebayo, 49. Barkli, 57 – Martinelli, 20. Q.Jezus, 45. Haverts, 60. Rays, 90+7.