"ABŞ tezliklə müdafiəsini maliyyələşdirməklə Ukraynaya kömək etmək arasında seçim etməli olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin İdarəetmə və Büdcə Ofisinin rəhbəri Şalanda Yanq "CBS" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-nin öz təhlükəsizliyini maliyyələşdirməsi üçün təxminən 1 milyard dolları qalıb. Buna görə də Birləşmiş Ştatlar tezliklə öz müdafiəsini maliyyələşdirməklə müttəfiqlərinə kömək etmək arasında seçim etməli ola bilər:

"Büdcə nöqteyi-nəzərindən, öz ehtiyatımızı doldurmaq üçün təxminən bir milyard dollarımız qalıb. Beləliklə, məsələ siyasi qərara gəlir. Ukraynaya yardım göstərilməməsi də ABŞ-nin milli təhlükəsizliyinə təsir edir".

 

Gözəl Həşimova