"Ukraynada son bir ildə silah istehsalı üç dəfə artıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabından bildirib.

"Son bir ildə silah istehsalını üç dəfə artırdıq. Rusiya anlamalıdır ki, onun hər bir hücumuna cavab gecikməyəcək. Çünki bizə qələbə lazımdır. Ukrayna daha güclü olmalıdır. Hazırda ölkənin müdafiə sektorunda 300 min adamın çalışır”, - deyə o, qeyd edib.

Zelenski dünyanın ən böyük xarici silah istehsalçıları ilə birgə istehsalın da mümkün olduğunu bildirib.

 

Gözəl Həşimova