"Qərb müttəfiqlər Kiyevə hərbi dəstək haqqında əsas qərarları qəbul etməkdə çox gecikirlər".

İqtisadiyyat.az xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində prezident Volodimir Zelenski Ukraynaya silah və sursat tədarükü ilə bağlı vəziyyəti şərh edib.

"Qərb ölkələr ilə danışdığımız hər bir qərar bir il gecikir. Hazırda Kiyevə təcili olaraq ən azı 120-130 döyüş təyyarəsi lazımdır. Bunu təmin edə bilmirlərsə, NATO ölkələrinin ərazisində olan təyyarələr hədəfləri vursun, mülki insanları qorusun. Ukrayna son bir neçə ayın hərbi uğursuzluqlarına baxmayaraq, hələ də müharibədə qalib gələ bilər”, - deyə Zelenski bildirib.

 

Gözəl Həşimova