Rusiya Xarici İşlər nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın cavabını verib.

İqtisadiyyat.az xəbər verir ki, Zaxarova Simonyanın səviyyəsi ilə bağlı mübahisə etməyəcəyini qeyd edib: "Mən planetin bütün "katib"lərinə dəstəyimi ifadə etmək istəyirəm. Dostlar ! Sizin işiniz katibəlik deyil, katiblikdir. Bu iş isə ən böyük rəhbərlərin də uğurunun açarıdır. Sizin gündəlik zəhmət tələb edən işləriniz, o cümlədən plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək və milyonlarla digər qayğılar olmasa, hər şey məhv olar. İnciməyin, bu adam düşünmədən ağzını açıb. Onun haqda dediklərinizi erməni xalqına aid etməyin. Erməni xalqı müdrik, səbrli və sevgi doludur".

Qeyd edək ki, dünən Ermənistan mediasına açıqlamasında ölkə parlamentinin spikeri Alen Simonyan Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın bir neçə gün əvvəlki fikirlərinə şərh verməkdən boyun qaçıraraq "mən hansısa qurumun katibəsinin sözlərinə fikir bildirmək istəmirəm. Biz eyni səviyyənin adamları deyilik" sözlərini dilə gətirib.