"Jurnalist və blogerin saxlanılması İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsinə qarşı Qərbin təşkil etdiyi növbəti təxribatdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik Armenia” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyanın Ermənistanın Gorus şəhərində saxlanılmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Ermənistan tərəfi jurnalist və blogerin yalan məlumat yaydığı üçün saxlanıldığını açıqlayıb.