"Ermənistanın qanunu pozmayan bir sıra Rusiya rəsmilərini qara siyahıya salması və onları ölkəyə buraxmaması qarşılıqlı fəaliyyətimizə ziyan vurur".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Aparıcı media menecerləri və politoloqların, qanunu pozmayan, yalnız şəxsi fikrini bildirən şəxslərin bu cür hərəkətə məruz qalmaları Rusiya ilə Ermənistan arasında qarşılıqlı münasibətlərə ciddi ziyan vurur”, - deyə Zaxarova vurğulayıb.

 

Gözəl Həşimova