"Pinio çayının daşması nəticəsində bir çox kənd su altında qalıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias məlumat verib. 

Kikilias sel şəraitinin daha da pisləşə biləcəyini və diqqətli olmaq lazım olduğunu bildirib.

Çərşənbə axşamı günündən etibarən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 10-a yüksəldiyini açıqlayan Kikilias, 4 nəfərin itkin düşdüyünü bildirib.

Kikilias qeyd edib ki, bölgədə axtarış-xilasetmə işləri və kəndlərdə qapalı qalanlara qida və su paylanması üçün 20 helikopter işləyir.

Silahlı Qüvvələrin də iştirak etdiyi axtarış-xilasetmə əməliyyatları zamanı bölgədən 2 minə yaxın insan xilas edilib.

Çayın daşması nəticəsində bölgədə suyun hündürlüyü 9 metrə çatıb.

Daşqın təhlükəsinə qarşı tədbir olaraq bölgənin bir çox kəndi boşaldılıb.