Yunanıstan pensiyaları artırmaq üçün neft emalından əldə olunan artıq mənfəətə 33% vergi tətbiq edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Gəlirlər əsasən 2025-ci ilin yanvarın 1-dən pensiyaların artırılması üçün istifadə olunacaq. Gəlir, həmçinin Milli Dövlət İnvestisiya Proqramının kredit bazasının gücləndirilməsi üçün istifadə ediləcək.

Neft emalı şirkətlərinin müvəqqəti töhfəsi 2022-ci maliyyə ilində də tətbiq edilib.

 

Gözəl Həşimova