Hacıqabulda “AZERBROOS” MMC tərəfindən ildə 9,6 milyon ədəd damazlıq yumurta istehsal edəcək yeni quşçuluq müəssisəsi tikilir.

Tikintisinə ötən il başlanılan quşçuluq fabriki rayonun Atbulaq kəndində 9,9 hektar ərazidə salınır.

Artıq müəssisədə sexlərdən birinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Yaxın vaxtlarda tikinti-quraşdırma işi tam yekunlaşacaq.

Müəssisə fəaliyyətə başladıqdan sonra burada 100 nəfər daimi işlə təmin olunacaq.