Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İqtisadiyyat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Mamayev Barı Alo oğlunu "VAZ-21011" markalı avtomobil vurub.

Ağır xəsarətlər alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.

Qeyd edək ki, avtomobil taksi olaraq fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.