TƏBİB-in tabeliyindəki "Yeni Klinika"nın gələn il üçün mühafizəsi 640 min manata başa gələcək.
İqtisadiyyat.az xəbər verir ki, tibb müəssisəsinin növbəti il ərzində mühafizə xidmətini "Gesco" şirkəti təmin edəcək.
Klinikanın qorunmasında 1 xidmət rəisi, 3 nəfər növbə rəisi, 40 nəfər kişi mühafizəçi və 6 nəfər qadın mühafizəçi iştirak edəcək.
"Yeni Klinika" il ərzində mühafizə xidmətinin təşkilinə görə qeyd olunan şirkətə əvvəlcədən 638.955,84 manat ödəniş edəcək.