Yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisi təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə Qarabağa yenidən səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Kluge ilə görüşündə bildirilib.

Ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub.