Avqustun 29-da Ağdaş rayon sakini Çinarə İsmayılovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Yasamal rayon prokurorluğundan İqtisadiyyat.az-a verilən məlumata görə, istintaqla Yadigar Mirzəyevin Bakı Metropoliteninin “İnşaatçılar” metrostansiyası yaxınlığında tanışı Çinarə İsmayılovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Yadigar Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.