Yardımlıda dərədə silah-sursat aşkarlanıb.

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Ərsilə kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 300 ədəd patron və 1 ədəd əl qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.