Yaponiyanın “Mitsui” və “Itochu” ticarət şirkətləri, həmçinin enerji şirkəti JERA Oman hökuməti ilə ildə təxminən 2,35 milyon ton təbii qaz idxal etmək barədə razılığa gəliblər. Bu barədə Yaponiyanın Kyodo News agentliyi məlumat yayıb .

Şirkətlər arasında 10 illik tədarük müqaviləsi imzalanıb. Yaponiya 2025-ci ildə Omandan yanacaq almağa başlayacaq. Hazırda ölkə Omandan təxminən 1,9 milyon ton LNG idxal edir ki, bu da bu yanacaq növünün ümumi tədarükünün təxminən 2,6 faizini təşkil edir.