Yakutiyada daşqın nəticəsində Olekminsk rayonunun İnnyax kəndində yaşayış evləri su altında qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Moskovski Komsomolets" məlumat yayıb.

Qeyd edilib ki, Lena çayında suyun səviyyəsi maksimum həddən artıq qalxıb.

Küçələri və nəqliyyat vasitələrini su basıb. İnsanlar qayıqlarla hərəkət etməyə məcbur qalıblar.

Eyni zamanda Olekminski rayonunun rəhbərliyi suyun Delgei və İnnyax kəndlərinə çatdığını təsdiqləyib. Dəlqey kəndində 1, İnnyaxda 6 evə ziyan dəyib. İnnyax kəndinin yuxarı hissəsində tıxac yaranıb.