2001-ci ildən 2023-cü ilədək qlobal hərbi xərclərin artım tendensiyası davam edib.

Bu barədə İqtisadiyyat.az Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatlarına əsasən bildirir.

Statistik göstəricilərə əsasən, ötən il qlobal hərbi xərclər rekord səviyyəyə - 2,44 trilyon dollara çatıb. 2023-cü ildə dünyada hərbi xərclər illik müqayisədə 6,8% artıb.

Hərbiyə ən çox pul xərcləyən 10 ölkə ABŞ, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Ukrayna, Fransa və Yaponiya olub.

Bəs illər ərzində qlobal hərbi xərclər necə artıb?

İl

Hərbi xərc

2001

1,13 trilyon dollar

2005

1,44 trilyon dollar

2010

1,79 trilyon dollar

2015

1,77 trilyon dollar

2020

1,98 trilyon dollar

2023

2,44 trilyon dollar

 

Gözəl Həşimova