Hindistanla Ermənistan arasındakı silah satışı ilə bağlı müqavilələrdən xəbərdarıq, bu proses daimi zilənilir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Hindistanın rəsmi mövqeyi heç vaxt Hindistan Ermənistana silah satışını Azərbaycan, Türkiyə ilə bağlı münasibətlərlə uzlaşdırmayıb. Mövqe ondan ibarətdir ki, bu, sizə qarşı yönəlmiş yanaşma deyil, bu kommersiyadır, hərbi səneyinin inkişafı üçün qoyulan hədəfin tələbidir. Bu, rəsmi mövqedir. Burada uzunmüddətli işğal faktoru və hərbi münaqişə var. Bölgədə sülhün əldə edilməsi üçün kövrək və tarixi şansın yarandığı vaxt belə bir addımın atılması prosesə ziyan verir, erməni tərəfində revanş kütləsini daha da ruhlandırır. Məsələn, bu yaxınlarda Ermənistan parlamentində müxalifətdən olan qrup qanunvericilik təşəbbüsü ilə çıxış etdilər ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması kriminallaşdırılsın. Yəni Ermənistanda kim bu faktı tanıyarsa, cinayət məsuliyyətinə cəlb edilsin. Təşəbbüsə dəstək verənlərin olmasını görməzdən gəlmək olmaz”, - nazir qeyd edib.