Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 11-i saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Xidmətdən İqtisadiyyat.az-a verilən xəbərə görə, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 23 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.