Azərbaycanın şimal-qərb rayonlarında güclü yağış başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, Qəbələdə anidən başlayan güclü yağış bir neçə böyük çayda selin gəlməsinə səbəb olub.

Güclü yağış rayonun Dəmiraparançay və digər iki böyük çayda selin gəlməsi təhlükə yaradıb.

Rayonun Abrıx və Tikanlı kəndlərinin seldən mühafizəsi üçün əraziyə texnika cəlb olunduğu bildirilir.

Hazırda tələfatla bağlı hər hansı məlumat yoxdur