Ukraynanın Xarkov vilayətinin Rusiya ilə həmsərhəd bölgələrindən davam edən təxliyə zamanı 10 mindən çox insan bölgədən çıxarılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

"Ümumilikdə Çuqevski, Xarkovski, Boqoduxovski rayonlarından 10 314 nəfər təxliyə edilib", - o, teleqram kanalında yazıb.

Bir gün əvvəl Sinequbov eyni üç bölgədən təxminən 10 min adamın təxliyyə edildiyini bildirmişdi.