"Xankəndi yaxınlığındakı yanacaq anbarının partlaması nəticəsində ölən 68 nəfərin cəsəd qalıqları İrəvana aparılıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Anahit Avanesyan məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanmış 168 nəfər bu gün İrəvana təxliyyə edilib və Milli Yanıq mərkəzinə yerləşdirilib: "Onların əksəriyyətinin vəziyyəti son dərəcə ağır və kritik qiymətləndirilir. Bu ölü sayının arta biləcəyi ehtimalını artırır. Yanğında ölənlərin sayı 68 nəfərdir. 105 nəfərin taleyi barədə məlumat yoxdur" - nazir qeyd edib.