Azərbaycan Xankəndidə qanunsuz erməni silahlı birləşmələrindən təmizlənən küçələrdən birinin adını dəyişdirərək "Ənvər Paşa" adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Ordusu konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da Qarabağda antiterror addımlarına başlayıb.

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub təslim olublar.

Sentyabrın 21-də Azərbaycan rəsmiləri ilə Qarabağdakı erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşdə inteqrasiya prosesi ilə bağlı bir sıra məsələlər üzrə razılıq əldə olunub.

Artıq bölgədə Azərbaycanın rəsmi dövlət qurumları fəaliyyətə başlayır. Bu addımlardan biri kimi Azərbaycan Xankəndində qanunsuz erməni silahlı birləşmələrindən təmizlənən küçənin adını dəyişdirərək “Ənvər Paşa” adlandırıb.