İsveçin “Volvo” avtomobil konserninin Rusiya Federasiyasındakı aktivləri rusiyalı sərmayəçiyə təhvil verilib və yerli tərəfdaşın cəlb edilməsi ilə Kaluqada istehsalın yenidən başlaması istiqamətində iş aparılır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Volvo avtomobil istehsalçısının Rusiyadakı aktivləri rusiyalı investora verildi. Rusiya Sənaye və Ticarət Nazirliyi yeni sahibi ilə birlikdə konsernin Kaluqa ərazisində istehsalın gələcək inkişafı üçün yerli tərəfdaş da müəyyən edib”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, fevral ayında İsveçin Dagens Industri qəzeti yük maşını istehsalçısı “Volvo”nun Rusiyada avtomobil istehsalını və satışını müvəqqəti dayandırdığını yazmışdı.