Qarabağ Meşə Meliorasiya İdarəsinin sabiq rəisi Rəşid Rzayev vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, R.Rzayev uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, R.Rzayev uzun illər meliorasiya sahəsində çalışıb. Özü işdən sonra sözügedən İdarəyə onun oğlu Anar Rzayev rəhbərlik etməyə başlayıb.

Mətbuatda adı qalmaqallarla yadda qalan sabiq rəislə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin o zamankı sədri Əhməd Əhmədzadənin yaxın dostluq münasibətlərinin də olduğu bildirilir.