Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 2 tapança, 10 tüfəng təhvil götürüb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 23-24 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 2 ədəd tapança və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.