Ötən gün saat 19:00 radələrində metronun “Ulduz” stansiyasında qatar yoluna düşən sərnişinin son vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən (KTM) İqtisadiyyat.az-a bildirilib ki, mərkəzə hospitalizasiya edilən sərnişinin hər iki ayağı amputasiya olunub.

Hazırda onun vəziyyəti ağır stabildir.