Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

İqtisadiyyat.az FHN-ə istinadən xəbər verir ki, altımərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılan elektirik löhvəsində 20 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.