Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson şəhərində axşam saatlarında partlayışlar baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli şəhər administrasiyasının rəhbəri Roman Mroçko məlumat verib.

"Xersonda partlayış səsləri eşidilir" deyə o, "Telegram" kanalında yazıb.

Qeyd edək ki, Xerson vilayətinin Kiyevin nəzarətində olan ərazilərinə hava hücumu xəbərdarlığı elan edilməyib. 

 

Əli Ağayev